İsveç millisinin baş məşqçisi: "Sabah mütləq qalib gəlməliyik"

18:41 - 4 Sentyabr 2024

İsveç milli komandası UEFA Millətlər Liqasının 1-ci turu çərçivəsində sabah Bakıda Azərbaycan yığması ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, qonaqların baş məşqçisi Yon Dal Tomasson matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Millidə keçirdiyiniz dörd oyunda üç məğlubiyyət almısız, bir qələbəniz var. Siz nəyisə dəyişə bilmisiz?

- Doğrudur, yeni başlamışıq. Gündən-günə daha yaxşı oynayırıq. Bu nəticələrin digər səbəbləri də komandada fərqli oyunçuları sınaqdan keçirməyimizdir. Önəmli olan odur ki, düzgün istiqamətdə irəliləyirik. Sabah mütləq qalib gəlməliyik. Komandamdan sabahkı oyunda istək, emosiya gözləyirəm. Həmçinin futbolçular qürurla çıxış etməlidirlər. Millidə oynayırlar. Soyuqqanlı olmaq və düzgün qərarlar vermək lazımdır. Oyuna maksimum köklənməliyik. Hazırda heyətə çalışdırdığım oyunçular yaxşı kollektivdir.

- Azərbaycan futbolu və Azərbaycan millisi haqda hansı məlumata sahibsiz?

- Rəqibin son period ərzindəki bütün oyunlarını izləmişik. Azərbaycan millisi evdə yaxşı oynayır. Avstriya və Belçika matçlarında demək olar ki, qol buraxmadılar, İsveçi 3:0 məğlub etdilər. Sabah belə nəticənin olmamasına çalışacağıq. İstəyirik ki, qalib gələk.

- Fernandu Santuşun komandaları daim ultramüdafiə olunurlar. Sabahkı oyunda iki hücumçu ilə oynayacaqsız?

- Məqsədimiz futbol oynamaqdır. Söhbət daha çox hücumameyilli futboldan gedir. Federasiya ilə danışığımız da belə olub. Mən və komandam bunu istəyirik. Hücumla hər şey bitmir. Gərək düzgün balans tapaq. Sabahkı oyunumuzda kapitan Deyan Kuluşevski olacaq.

- Məşq prosesi necə gedir?

- Bəzi oyunçular milliyə gec qoşuldular. Rəqibin və öz oyunumuzla bağlı müzakirələrimiz olub. Sabah yaxşı futbol oynayıb, oyuna düzgün yanaşmaq istəyirik. Daha yaxşı olmalıyıq. 

- Sabah isti hava komandaya necə təsir edəcək?

- Sabah soyuq da ola bilərdi. Havanın tempreturunu oyuna təsir edəcək faktor kimi görmürəm.

Mirbağırağa

Xəbər xətti