Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub.
Sportal.az xəbər verir ki, Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasındakı qitə birinciliyində Süleyman Şükürov bütün rəqiblərini üstələyib.
81 kq-da mübarizə aparan idmançımız finalda gürcüstanlı Aleksandre Loladzeyə qalib gəlib və qızıl medala sahib çıxıb.
Digər cüdoçumuz Vüsal Qələndərzadə isə finalda bolqarıstanlı Dimitar Qospodinovla üz-üzə gəlib. 73 kq. çəki dərəcəsində mübarizə aparan idmançı rəqibini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
saytlarin hazirlanmasi