"Sabah"ın iki futbolçusu geri qayıdır

09:18 - 8 Sentyabr 2024

"Sabah"ın yarımmüdafiəçisi Ayaz Quliyevin nə vaxt meydanlara qayıdacağı məlum olub.

Sportal.az xəbər verir ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Makkabi"yə qarşı Bakıda keçirilmiş cavab oyununda çiynindən zədələnmiş futbolçunun əməliyyat olunduqdan sonra reabilitasiyası davam edir.

Ayazın oktyabrın əvvəlində kollektivlə məşqlərə qoşulacağı gözlənilir. Onun daha tez məşqlərə qayıtması isə bərpa prosesinin effektivliyindənasılı olacaq.

Masazır təmsilçisinin legioneri Vinsent Till də gələn ayın əvvəlində komanda ilə birlikdə məşqlərdə yer alacaq.

Xəbər xətti