İtaliya nəhəngləri kanadalı hücumçu üçün mübarizə aparır

18:55 - 9 Sentyabr 2024

"Lill"in hücumçusu Conatan Devid karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "İnter" kanadalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Relevo" nəşri məlumat yayıb.

Milanlılar mövsümün sonunda Fransa klubu ilə müqaviləsi başa çatan və azad agent statusunda olacaq 24 yaşlı forvardla danışıqlara başlayacaq. Futbolçunu "Yuventus" da heyətinə qatmağa çalışır.

Qeyd edək ki, "Lill" Conatan Devidi 2020-ci ilin yayında "Gent"dən transfer edib. Kanada millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti