Futbol üzrə Niderland çempionatının 5-ci turunun "Ayaks" - "Utrext" matçı təxirə salınıb.
Sportal.az xəbər verir ki, buna səbəb yerli polislərin tətil etməsidir. Bu barədə Niderland mətbuatı məlumat yayıb.
Polislər təqaüd yaşının azaldılması tələbi ilə tətilə başlayıb. Buna görə də federasiya qarşılaşmanın təxirə salınması barədə qərar çıxarıb. Oyunun nə vaxt baş tutacağı məlum deyil.
Qeyd edək ki, "Ayaks" - "Utrext" qarşılaşması 15 sentyabr tarixində baş tutmalı idi.
saytlarin hazirlanmasi