Azərbaycan millilərindən ardıcıl ikinci qələbə

09:12 - 13 Sentyabr 2024

Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 2-ci tura yekun vurulub.

Sportal.az xəbər verir ki, hesabat turunda ölkəmizin kişilərdən ibarət yığması Finlandiyanı məğlub edib 3,5-0,5. Aydın Süleymanlı heç-heçə oynayıb. Nicat Abasov, Rauf Məmmədov və Məhəmməd Muradlı partiyanı qələbəylə başa vurub. 

Qadınlardan ibarət Azərbaycan yığma isə Avstraliyanı üstələyib 3-1.   Günay Məmmədzadə və Xanım Balacayeva rəqibini məğlub edib. Gövhər Beydullayeva ilə Gülnar Məmmədova heç-heçəylə kifayətlənib. 

İki turdan sonra komandalarımız 4 xalla liderlər qrupunda yer alıb

Xəbər xətti