Millilərimizdən Monteneqro və Sloveniya üzərində qələbə

22:50 - 14 Sentyabr 2024

Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 4-cü tur başa çatıb. 

Sportal.az xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan yığması IV turda Monteneqro üzərində qələbə qazanıb 3-1. Hesabat turunda Aydın Süleymanlıyla Şəhriyar Məmmədyarov qalib gəlib. Nicat Abasov və Rauf Məmmədov heç-heçə oynayıb.

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Sloveniya komandasını üstələyib 3-1. Günay Məmmədzaylə Gövhər Beydullayeva partiyanı qələbəylə bitirib. Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova isə heç-heçəylə kifayətlənib.

Xəbər xətti