Polşa çempionatı: Məmmədovun komandası uduzdu - VİDEO

11:34 - 15 Sentyabr 2024

Milli komandamızın üzvü Rahil Məmmədovun formasını geyindiyi "Radomiak" Polşa çempionatında növbəti görüşünü keçirib.

Sportal.az xəbər verir ki, Məmmədovun komandası "Lexiya"nın qonağı olub və rəqibinə 0:1 uduzub.

Məmmədov bu oyunda meydana buraxılmayıb. Halbuki adı iştirak ərizəsində olub. 

"Radomiak" Polşa çempionatında 7 turdan sonra 6 xalla 15-ci pillədə qərarlaşıb. 

Xəbər xətti