"Liverpul" van Deykə əvəzləyici tapdı

13:49 - 16 Sentyabr 2024

"Liverpul" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Sevilya"da çıxış edən Loik Badeni transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Liverpul" fransalı mərkəz müdafiəçisini Vircil van Deykin əvəzləyicisi kimi düşünür, Badenin klubu ilə müqaviləsində 42 milyon funt-sterlinqlik sərbəstqalma maddəsi yer alıb.

Qeyd edək ki, "Sevilya" Loin Badeni ötən ilin yanvar ayında "Renn"dən transfer edib. Fransa millisinin üzvü bu mövsüm Əndəlus təmsilçisinin heyətində 3 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti