Çempionlar Liqası: "Sabah" İsveç çempionuna uduzdu

21:23 - 17 Sentyabr 2024

Bu gün Azərbaycan çempionu “Sabah” basketbol klubu Antalyada (Türkiyə) Çempionlar Liqasında debüt edib.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionu ilk təsnifat oyununda İsveç çempionu “Norrçöpinq Dolfins”lə qarşılaşıb.

Bu, Azərbaycan basketbolunun Çempionlar Liqasında debüt oyunu olub.

“Sabah” (Azərbaycan) – “Nörçöppinq Dolfins” (İsveç) - 71:75

İsveç klubu ikinci təsnifat oyununda İsveçrənin “Friburq Olimpik” klubu ilə qarşılaşacaq. Bu qarşılaşma sentyabrın 19-da baş tutacaq və saat 17:30-da başlayacaq.

Sentyabrın 21-də bu qrupun seçmə turnirinin qalibi müəyyənləşəcək, o, adi mövsümün G qrupuna vəsiqə qazanacaq. Onun rəqibləri İspaniya, İtaliya və Almaniya klubları olacaq. “Sabah” isə avrokuboklara “Europe Cup”da davam edəcək. 

Xəbər xətti