Fernandu Santuş millinin heyətini bu tarixdə açıqlayacaq

17:35 - 2 Oktyabr 2024

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.

Sportal.az xəbər verir ki, tədbir oktyabrın 4-də, saat 11:00-da AFFA-nın inzibati binasında baş tutacaq. Bu barədə AFFA-nn rəsmi saytı məlumat yayıb.

Mətbuat konfransında milli komandamızın UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Tallində Estoniya və oktyabrın 14-də Bakıda Slovakiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq.

Xəbər xətti