"Real" "Liverpul"un müdafiəçisi ilə danışıqlara başladı

20:25 - 3 Oktyabr 2024

"Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Real" ingiltərəli futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Relevo" nəşri məlumat yayıb.

Madrid klubu gələn ilin yayında Premyer Liqa nəhəngi ilə müqaviləsi başa çatan 25 yaşlı sağ cinah müdafiəçisi ilə ilkin danışıqlara başlayıb. İngiltərə millisinin üzvü "Liverpul"un yeni sözləşmə təklifini hələ ki, qəbul etməyib. "Real" bu vəziyyətdən yararlanaraq oyunçunu mövsümün sonunda azad agent statusu ilə rənglərinə bağlamağı planlaşdırır.

Qeyd edək ki, Trent Aleksander-Arnold "Liverpul"un yetirməsidir. Ulduz futbolçu bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti