"Barselona" polşalı üçün hərəkətə keçdi

22:47 - 7 Oktyabr 2024

"Barselona" qolkiper axtarışındadır.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Nitsa"nın polşalı qapıçısı Marçin Bulkanı heyətinə qatmaq niyyətindədir.

İspaniya klubunun rəhbərliyi 25 yaşlı futbolçuya bir müddət əvvəl zədələnən Mark-Andre ter Ştegenə əvəzləyici gözü ilə baxır. Artıq tərəflər danışıqlara başlayıb.

Bulkanın "Nitsa" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. 

25 yaşlı qapıçı PSJ, "Kartaxena", "Şatoru" klublarında oynayıb.

Xəbər xətti