Azərbaycana məğlubiyyət haqda: "Daha az oynayan futbolçulara şans vermişdik"

23:46 - 1 Noyabr 2024

Monteneqronun U-18 yığmasının baş məşqçisi Qoran Perişiç Podqoritsada Azərbaycana qarşı ikinci yoldaşlıq görüşündəki məğlubiyyəti (1:2) şərh edib.

Sportal.az xəbər verir ki, monteneqrolu mütəxəssis komandasının uğursuz çıxışı haqda bunları deyib:

"Keyfiyyətli rəqibi 3 gündə iki dəfə məğlub etmək çətindir. Xüsusən də çoxlu səhvlər edirsənsə... Üstəlik, ilk qarşılaşma ilə müqayisədə bu görüşdə çoxlu dəyişikliklər baş verdi, meydanda daha az oynayan futbolçulara şans vermişdik. Bu, bizim gələn il üçün komandanın qurulması prosesinin başlanğıcıdır. Aydındır ki, bir çoxları komandada yer almaq istəyirlərsə, daha çox və daha ciddi işləməli olacaqlar".

Xatırladaq ki, ilk görüşdə Azərbaycan yığması rəqiibnə 0:2 uduzmuşdu.

Xəbər xətti