AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
1 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XII turun “Neftçi” – “Araz-Naxçıvan” oyununun 90+3-cü dəqiqəsində “Araz-Naxçıvan” komandasının 20 nömrəli futbolçusu Turan Vəlizadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Araz-Naxçıvan” komandası 500 manat cərimə edilir (maddə 36.5);
1 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XII turun “Neftçi” – “Araz-Naxçıvan” oyununun 30-cu dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” komandası 800 manat cərimə edilir (maddə 52.1);
1 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XII turun “Turan Tovuz” – “Qarabağ” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” komandası 1500 manat cərimə edilir (maddə 52.2);
1 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XII turun “Turan Tovuz” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” komandası 800 manat cərimə edilir (maddə 51.2);
1 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XII turun “Turan Tovuz” – “Qarabağ” oyununda “Qarabağ” azarkeşləri tərəfindən sındırılmış 8 ədəd oturacağa görə stadiona dəymiş zərər “Qarabağ” klubu tərəfindən ödənilsin (maddə 54.2);
3 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XII turun “Kəpəz” – “Səbail” oyununda “Kəpəz” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” komandası 700 manat cərimə edilir (maddə 37);
saytlarin hazirlanmasi