Rusiya Premyer Liqasında oktyabrın ən yaxşı məşqçisi bəlli olub.
Sportal.az xəbər verir ki, "Krasnodar"ın baş məşqçisi Murad Musayev ötən ay ən yaxşı ünvanına sahib çıxıb.
“Sabah”ın sabiq çalışdırıcısı mükafat uğrunda Sergey Semak (“Zenit”), Martsel Liçka (“Dinamo”, Moskva), Marko Nikoliç (ÇSKA) və Dmitri Pyatibratovla (“Fakel”) mübarizə aparıb.
Musayev Rusiya Premyer Liqasının ekspertləri və televiziya ekspertləri arasında keçirilən səsvermədə qalib gəlib, azarkeşlərin səsverməsində ikinci yeri tutub.
Qeyd edək ki, “Krasnodar” oktyabrda keçirdiyi hər üç görüşdə qalib gəlib.
saytlarin hazirlanmasi