"Mançester Siti"yə 3 qol vurdu, ən yaxşı seçildi

19:49 - 7 Noyabr 2024

UEFA Çempionlar Liqası Liqa fazasının 4-cü turunun ən yaxşı oyunçusu müəyyənləşib.

Sportal.az xəbər verir ki, "Sportinq"in hücumçusu Viktor Qyökereş həftənin ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

İsveçli forvard azarkeşlər arasında keçirilən sorğuda Luis Dias ("Liverpul"), Karim Konate ("Zalzburq") və Nikolas-Herrit Kyunu ("Seltik") qabaqlayıb.

Qeyd edək ki, Viktor Qyökereş "Sportinq"in "Mançester Siti"ni 4:1 hesabı ilə məğlub etdiyi görüşdə 3 qol vurub.

Xəbər xətti