"Barselona" müdafiəçi Erik Qarsiya ilə yollarını ayırmağı planlaşdırır.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi az forma şansı qazanan ispan futbolçunu satmaq istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
"Barselona" yanvar ayında 23 yaşlı mərkəz müdafiəçisini transferə çıxaracaq. La Liqa nəhəngi futbolçu üçün 10 milyon avro tələb edir.
Qeyd edək ki, "Barselona" Erik Qarsiyanı 2021-ci ilin yayında "Mançester Siti"dən transfer edib. İspaniya millisinin üzvü bu mövsüm "göy-qırmızılar"ın heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi