Ötən ay Albaniyanın "Biliş" klubundan ayrılan Rüfət Quliyevə bu ölkənin başqa komandasından təklif gəlməsi haqda xəbər vermişdik.
Belə ki, Albaniyanın birinci liqa təmsilçisi "Erzeni" onu baş məşqçi postuna dəvət edib.
Sportal.az saytına verilən məlumata görə, azərbaycanlı mütəxəssis Albaniya klubunun təklifindən imtina edib. Quliyev ailə vəziyyətinə görə həmin ölkəyə qayıtmaq istəməyib.
Xatırladaq ki, millimizin sabiq futbolçusu "Biliş"in əsas və aşağı yaş qruplarından ibarət komandalarında çalışsa da, rəhbərlik maliyyə şərtlərinə əməl etmədiyi üçün oradan ayrılmışdı.
saytlarin hazirlanmasi