Münhenqladbax "Borussiya"sının yarımmüdafiəçisi Rokko Rayç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Siti" alman futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Şəhərlilər" 22 yaşlı orta xətt oyunçusunu yanvar ayında heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, Rokko Rayç "Borussiya"nın yetirməsidir. Almaniya U-21 millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi