"Mançester Yunayted" "Borussiya"nın futbolçusunu transfer etməyi planlaşdırır

16:46 - 8 Dekabr 2024

"Borussiya"nın yarımmüdafiəçisi Feliks Nmeça Premyer Liqaya yollana bilər. 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "Çelsi" və "Mançester Yunayted" almaniyalı ilə maraqlanır. 

Nmeçanın özünün də İngiltərəyə qayıtmaq istədiyi iddia olunur. Yarımmüdafiəçi “Mançester Siti”nin yetirməsidir.

24 yaşlı yarımmüdafiəçinin “Borussiya” ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, “Volfsburq”da da oynayıb.
 

Xəbər xətti