Braziliya A Seriyasında mövsümün qalibinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, "Botafoqo" ölkə çempionu olub.
38-ci turda "Atletiko Paranaense"ni 1:0 hesabı ilə məğlub edən "ağ-qaralar" xallarını 79-a yüksəldib. Onlar ən yaxın izləyiciləri olan "Palmeyras"ı 6 xal qabaqlayıb.
Qeyd edək ki, bu "Botafoqo"nun 3-cü Braziliya çempionluğudur. Komanda daha əvvəl 1968-ci və 1995-ci ildə ən güclü olub.
saytlarin hazirlanmasi