Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin formasını geyindiyi “Nürnberq”ün mövsümün ikinci yarısına hazırlıq planları bəlli olub.
Sportal.az xəbər verir ki, baş məşqçi Miroslav Kloze komandanı yanvarın 4-də toplayacaq.
Yanvarın 5-dən 12-dək “Nürnberq” Herzogenauraxda təlim-məşq toplanışına yollanacaq.
Burada son gündə iki yoldaşlıq görüşü də planlaşdırılıb. Rəqiblər daha sonra açıqlanacaq.
saytlarin hazirlanmasi