Cənubi Koreya millisinin üzvü Son Hın Min “Tottenhem”də qalacaq.
Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, London təmsilçisi koreyalı ilə müqavilənin müddətini artırmaq variantını aktivləşdirib.
32 yaşlı futbolçunun hazırkı müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir. Lakin klub onunla uzunmüddətli müqaviləni artırmaq niyyətindədir.
Amma “Tottenhem” rəhbərliyinin narahatçılığı da az deyildi. Belə ki, yanvarın 1-dən futbolçu rəhbərliyin icazəsi olmadan istənilən başqa klubla danışıqlara başlamaq haqqına sahibdir. Buna görə də onlar asiyalı ilə indidən danışıqlara başlayıb.
Qeyd edək ki, bu mövsüm Cənubi Koreya millisinin futbolçusu londonluların heyətində bütün mövsümlərdə 20 oyun keçirib, 7 qol vurub və 6 asist edib.
saytlarin hazirlanmasi