Ölkə futbolunda gündəm olan mövzulardan biri də növbəti mövsümdən Premyer Liqada legioner limitinin aradan götürülməsi ilə bağlıdır. Futbol ictimaiyyəti buna birmənalı yanaşmır. Limitin indiki kimi saxlanılmasına tərəfdar olanlar da var, aradan qaldırılmasını istəyənlər də.
Mövzü ilə bağlı futbol funksioneri Ceyhun Sultanovun mövqeyini öyrəndik. Sportal.az saytına açıqlama verən Sultanov limitin ləğvinə tərəfdar olanlar arasındadır:
"Legioner limitinin aradan qalxması həm klub səviyyəsində inkişafa gətirəcək, həm də heyətə düşə bilməyən yerli futbolçuların xarici ölkələrə üz tutmasına səbəb olacaq. Elvin Cəfərquliyev, Toral Bayramov kimi səviyyəli futbolçular burada da qalıb oynaya biləcəklər.
Əks fikir səsləndirənlərin əsas arqumenti odur ki, milli səviyyəsində nəticələr zəif olacaq. Qonşu ölkələrin praktikasında görmüşük ki, legioner sayını azaldıblar, amma nəticə olaraq həm klub səviyyəsində geriləyiblər, milli də irəli getməyib. İndiyə qədər bizdə legioner limiti 6+5 də olub, 7+4 də, amma buna rəğmən yaxşı nəticələr qazana bilməmişik. Futbolumuz bu illər ərzində üzü aşağı gedib.
Legioner limitinin yığışdırılması o demək deyil ki, hər küçədən keçən gəlib burada oynayacaq. Kriterayalar müəyyənləşdiriləcək və komandalar məhz buna uyğun transferlər edəcəklər. Məsələn, "Şamaxı" və "Kəpəz" kimi komandalar həmin kriteriyalara uyğunlaşa bilməyəndə, məcbur olub yerli futbolçular oynadacaqlar. Legioner limitinin aradan qalxması futbolmuzun xeyrinə olacaq. Həm çempionatın səviyyəsi qalxacaq, həm də yerli futbolçular xaricə çıxacaqlar".
saytlarin hazirlanmasi