Argentina klubu rusiyalını transfer edə bilər

11:47 - 19 Yanvar 2025

Rusiya millisinin sabiq qolkiperi İqor Akinfeyev karyerası ərzində ilk dəfə legioner həyatı yaşaya bilər.

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı qapıçının Argentinaya yollanmaq ehtimalı yaranıb.

Belə ki, “San Lorenzo” Akinfeyevlə müqavilə imzalamağı planlaşdırır. 

Akinfeyev 2003-cü il yanvarın 1-dən ÇSKA-da çıxış edir. Onun Ordu klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. 

Rusiyalı 2004-2018-ci illərdə Rusiya yığmasında 11 oyun keçirib. Onun Argentina klubuna transferinin reallaşı yaxın günlərdə konkretləşəcək.

Xəbər xətti