"Mançester Yunayted"in futbolçusu "Barselona"ya keçə bilər

22:05 - 21 Yanvar 2025

"Mançester Yunayted"də əsas heyətdə yerini itirən Markus Reşford karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Barselona" ingiltərəli vingeri heyətinə qatmaq istəyir. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Kataloniya təmsilçisinin idman direktoru Deko Reşfordun meneceri ilə görüşüb şərtləri müzakirə edib. "Barselona" 27 yaşlı futbolçunu icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, Markus Reşford "Mançester Yunayted"in yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 24 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti