İngiltərənin "Mançester Yunayted" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi Lisandro Martines sıradan çıxıb. Argentinalı futbolçu ölkə çempionatının 24-cü turunun "Kristal Pelas" la matçında zədələnib.
Dizindən zədə alan Martinesin durumu ciddidir. Yerli mətbuat 27 yaşlı mərkəz müdafiəçisinin mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcəyini bildirir.
Qeyd edək ki, "Mançester Yunayted" Lisandro Martinesi 2022-ci ilin yayında "Ayaks"dən transfer edib. Argentina millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində meydana çıxdığı 32 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi