21 yaşadək futbolçular arasında 2027-ci il Avropa çempionatının final mərhələsinin hansı ölkədə keçiriləcəyi bəlli olub.
Sportal.az UEFA-ya istinadən xəbər verir ki, həlledici matçlar Serbiya və Albaniyada baş tutacaq.
Bu turnirə ev sahibliyi etmək üçün Serbiya və Albaniyanın birgə müraciəti yeganə olub.
Qeyd olunur ki, təsnifat mərhələsindən sonra turnirin final mərhələsində 16 komanda çıxış edəcək. AVRO-nun açılış matçı Serbiyada, final isə Albaniyada keçiriləcək.