Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Yunanıstanda xüsusi mükafata layiq görülüb.
Sportal.az “A Bola” nəşrinə istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssisə “Əfsanə” mükafatı verilib. Mükafatı Santuşa Yunanıstan millisinin sabiq futbolçusu Demis Nikolaidis təqdim edib.
Qeyd edək ki, Fernandu Santuş daha əvvəl Yunanıstan millisini, bu ölkənin AEK, “Panatinaikos” və PAOK klublarını çalışdırıb.
saytlarin hazirlanmasi