“Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb.
Sportal.az xəbər verir ki, Premyer Liqanın 23-cü turu çərçivəsində keçiriləcək oyunun biletləri bu gündən etibarən Tovuz şəhər stadionunun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz.
2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Qeyd edək ki, "Turan Tovuz" - "Araz-Naxçıvan" qarşılaşması 16 fevralda, saat 16:00-da Tovuz şəhər stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi