"Şamaxı" Misli Premyer Liqasının 23-cü turu çərçivəsində sədərdə "Kəpəz"in qonağı olacaq.
Sportal.az xəbər verir ki, vacib oyundan öncə qonaqların hücum xəttində problemlər var.
Albaniyalı forvard Belajdi Pusi cəzalıdır. 27 yaşlı futbolçu 22-ci turun "Sumqayıt"la matçında sarı vərəqə görərək cəzalı duruma düşüb.
Digər hücumçu Leroy Mikelsin zədəsi var. Almaniyalı forvardın "Kəpəz"ə qarşı oynamaq ehtimalı yüksək qiymətləndirilmir. Kapitanın meydana çıxıb-çıxmayacağı oyun günü bəlli olacaq.
Qeyd edək ki, Tovuz şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Şamaxı" qarşılaşması 17 fevral tarixində, saat 16:00-da start götürəcək.
saytlarin hazirlanmasi