"Qarabağ"dan "Flamenqo"ya transfer olan Juninyo zədələnib.
Sportal.az xəbər verir ki, 28 yaşlı hücumçu Quanabara Kubokunun 9-cu turunun "Botafoqo" ilə matçında sıradan çıxıb. Braziliyalı forvard ayaq əzələsindən zədə alıb.
Təcrübəli futbolçu bu gecə "Vasko da Qama" ilə oyunda iştirak edə bilməyəcək.
Qeyd edək ki, Juninyo yanvar ayında "Flamenqo"ya keçib. O, Braziliya təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi