İngiltərə Premyer Liqasında 25-ci turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün "Arsenal" səfərdə "Lester Siti"nin qonağı olub. Qarşılaşma London təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 53-ə yüksəldən "Arsenal" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 17 xalı olan "Lester Siti" isə 18-ci yerdədir.
"Lester Siti" - "Arsenal" 0:2
Qollar: Mikel Merino, 81, 87