Azərbaycanlı futbol məşqçisi Azər Məmədov Sportal.az saytıına müsahibə verib.
- Azərbaycan U-21 yığma komandasına Ayxan Abbasov baş məşqçi təyin edildi. Təyinatı necə şərh edərdin?
- Ayxan Abbasovu bu şərəfli və məsuliyyətli təyinat münasibəti ilə təbrik edirəm. Allah qoysa, həm özü, həm də Azərbaycan futbolu üçün xeyirli və uğurlu olsun. AFFA Ayxan Abbasovu yığma komandaya gətirməklə düzgün seçim edib. Ayxan Abbasov artıq təcrübəli məşqçidir və ümid edirəm ki, U- 21 yığmasının nəticələrində və oyununda yeniliklər görəcəyik.
- Həm "Şamaxı", həm də U-21 yığmasında istənilən səviyyədə işləmək, hər ikisində də uğurlu olmaq mümkündür?
- Düşünürəm ki, həm "Şamaxı", həm də U-21 yığmasında ayrı-ayrılıqda çətinlik yarada bilər. Amma yəqin ki, Ayxan AFFA ilə şərtləri razılaşdırıb. Uğurlu alınacaq deyə də, bu təyinata razılığını verib.
- "Şamaxı"nın U-21 yığmasının bazası olacağı bildirilir. Bu klub Premyer Liqada qalacağı təqdirdə, yeni sezon U-21 yğmasının bazası olması ideyası yaxşı fikirdir? Səncə, bütün heyətin gənclərdən ibarət olması çətinlik yaratmayacaq?
- Bəli, əgər "Şamaxı" U- 21 yığmasının özəyini yığa bilsə, yaxşı fikirdir. Sadəcə burada klubların da AFFA ilə işbirliyindən çox şey asılı olacaq. Onların öz oyunçularını "Şamaxı"ya verib-verməməsini nəzərdə tuturam. Heyətin hamısının gənclərdən təşkil edilməsinə gəlincə, çempionatda çətin olacaq. Üstəlik, legioner limitinin ləğvi də baş tutacaq. Onun üçün legionerlərlə miks heyət qurulsa, problem olmaz.
- Yeni sezondan Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Yəqin ki, bu qərardan sonra A milli ilə yanaşı U-21 yığması üçün də çətinlik oyunçu tapmaq çətinlik yaradacaq...
- Düzdür, razıyam. U-21 yığmasının heyətinə düşəcək oyunçuların oynaması elə bu komandanın formalaşmasında böyük önəm kəsb edəcək. Dediyim kimi, əgər U-21 yığmasının özəyi "Şamaxı"da yığılarsa, yaxşıdır. Hər halda, həmin futbolçular da oyun praktikasından əziyyət çəkməzlər.
- Azərbaycanın A milli komandasını qarşıda Haiti və Belarusla görüşlər gözləyir. Bu görüşlər millimizə nə qazandıracaq səncə?
- Haiti və Belarusla görüş millimizə təcrübə qazandıracaq. Üstəlik, yeni futbolçuların milliyə necə təsir edəcəklərini də görəcəyik.
- Daha çox diqqət çəkən məqam Birinci Liqadan A milliyə futbolçu dəvət olunması idi. Bu onu göstərir ki, yeni ildən daha çox oyunçu Birinci Liqadan milliyə cəlb ediləcək?
- Birinci onu deyim ki, uzun müddətdən sonra millidə Gəncədən futbolçunun yer alması sevindirici haldır. Şahin uşaqlıqdan tanıyıram, perespektivli futbolçudur. Bu, onun üçün böyük uğurdur. Amma uğurun arxasını gətirmək lazımdır. Bunu da daha çox çalışmaqla etmək mümkündür. Həm Şahinə, həm də millimizə uğurlar arzulayıram. Birinci Liqadan A milliyə futbolçu dəvət edilməsinə gəlincə, bu, həm də orada oynayan futbolçularımıza stimul olacaq. Onlara da diqqət var, millinin qapısı bütün oyunçular üçün açıqdır.
Mirbağırağa
saytlarin hazirlanmasi