"Neftçi"nin qapıçısına 2, "Zirə"nin futbolçusuna 4 oyunluq cəza verildi - təcavüzkar davranışa görə

15:17 - 19 Mart 2025

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasının XXVII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

15.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVII turun “Turan Tovuz-2” – “Sumqayıt-2” oyununda topdaşıyanların say limiti pozulduğuna görə “Turan Tovuz-2” komandası 80 manat cərimə edilsin (maddə 74.1); 

15.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVII turun “Araz-Naxçıvan-2” – “Şamaxı-2” oyununda topdaşıyanların say limiti pozulduğuna görə “Araz-Naxçıvan-2” komandası 80 manat cərimə edilsin (maddə 74.1); 

15.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVII turun “Araz-Naxçıvan-2” – “Şamaxı-2” oyununun 56-cı dəqiqəsində “Şamaxı-2” komandasının 76 nömrəli futbolçusu Rüfət Zülfüqarlı ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Şamaxı-2” komandası 50 manat cərimə edilsin (maddə 36.5);

15.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVII turun “Səbail-2” – “Neftçi-2” oyunu bitdikdən sonra “Səbail-2” komandasının azarkeşləri tərəfindən təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Səbail-2” komandasına xəbərdarlıq edilsin (maddə 43.7);

15.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVII turun “Səbail-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi-2” komandası 70 manat cərimə edilsin (maddə 37);

15.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVII turun “Səbail-2” – “Neftçi-2” oyunu bitdikdən sonra “Neftçi-2” komandasının 95 nömrəli qapıçısı Rəvan Kazımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Neftçi-2” komandası 200 manat cərimə edilsin (maddə 40.5);

16.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVII turun “Sabah-2” – “Zirə-2” oyununun 68-ci dəqiqəsində “Zirə-2” komandasının 46 nömrəli futbolçusu Nurhan Abdıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Zirə-2” komandası 300 manat cərimə edilsin (maddə 40.3);

16.03.2025-ci il tarixində Əvəzedicilər liqasında XXVII turun “Qarabağ-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Kəpəz-2” komandası 70 manat cərimə edilsin (maddə 37).

Xəbər xətti