"Çelsi"nin futbolçusu "Yuventus"a keçə bilər

15:06 - 24 Mart 2025

İcarə əsasında "Çelsi"də çıxış edən Rahim Sterlinq karyerasını İtaliyada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Yuventus" ingiltərəli vingerin xidmətində maraqlıdır. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Arsenal" icarə müddəti başa çatdıqdan sonra Sterlinqlə yollarını ayıracaq. "Yuventus" yayda 30 yaşlı futbolçu üçün "Çelsi"yə təklif göndərəcək.

Qeyd edək ki, "Arsenal" Rahim Sterlinqi yayda bir mövsümlük icarəyə götürüb. İngiltərə millisinin sabiq üzvü "topçular"ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti