Belaruslu müdafiəçi: "Azərbaycanın heyətində yaxşı oyunçular var"

18:33 - 24 Mart 2025

Belarus milli komandasının futbolçusu Kiril Peçenin sabah Bakıda Azərbaycan yığmasına qarşı keçiriləcək yoxlama görüşündən əvvəl mətbuat konfransında iştirak edib.

Sportal.az xəbər verir ki, 28 yaşlı müdafiəçi millimiz haqda bunları deyib:

"Azərbaycana qarşı Minskdəki görüş çoxdan keçirilib. Amma Bakıdakı görüşü çox yaxşı xatırlayıram. Rəqibin heyətində çox yaxşı oyunçular var. Xüsusilə də, “Qarabağ”ın futbolçuları var, avrokuboklarda oynayırlar. Sabah bizi çətin görüş gözləyir. Bunu yaxşı başa düşürük".

Qeyd edək ki, Azərbaycan - Belarus görüşü sabah "Bank Respublika Arena"da keçiriləcək və görüşə 21:45-də start veriləcək.

Xəbər xətti