Futbol üzrə Azərbaycan 2-ci Liqasında 18-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, bu gün "Göygöl" öz meydanında "Hypers Quba"nı qəbul edib. Qarşılaşma şimal bölgəsi təmsilçisinin 6:4 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 35-ə yüksəldən "Hypers Quba" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 12 xalı olan "Göygöl" isə 12-ci yerdədir.
"Göygöl" - "Hypers Quba" 4:6
Qollar: Ü.Cəlilov, 14, 88, İ.Tağıyev, 40, 73 - A.Həşimli, 25, 62, İ.İbrahimli, 48, H.Novruzov, 58, C.İmamverdiyev, 65, İ.Yarəliyev, 90+2