İcarə əsasında "Milan"da çıxış edən Joao Feliş Türkiyə Super Liqasında oynaya bilər.
Sportal.az xəbər verir ki, "Qalatasaray" portuqaliyalı hücumçunu heyətinə qatmaq istəyir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstanbul nəhəngi Felişin meneceri Jorje Mendeşlə əlaqə saxlayıb. 25 yaşlı futbolçunun nümayəndəsi "Qalatasaray"a müsbət cavab verib.
Joao Felişin müqavilə ilə məxsus olduğu "Çelsi" razılıq versə, ön xətt oyunçusu növbəti mövsümdə "Qalatasaray"ın formasını geyinə bilər.
Qeyd edək ki, Joao Feliş fevral ayında "Milan"a icarəyə verilib. Portuqaliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi