"Bizdə gələcəkdə Bəhlul Mustafazadədən daha yüksək səviyyədə olacaq futbolçu yetişir" - "Dinamo"nun stoperi barədə deyilən fikirlər

18:44 - 25 Mart 2025

II Liqada mübarizə aparan "Dinamo" əvvəlki mövsümlə müqayisədə daha yaxşı çıxış eləyir. Paytaxt klubu hal-hazırda 5-ci pillədə qərarlaşıb. 

"Dinamo"nun gənclərdən təşkil olunmasına baxmayaraq, təcrübəli futbolçuların yer aldığı komandalarla başabaş mübarizə apara bilirlər. Heyətdə diqqətçəkən gənclərdən biri də 2007-ci il təvəllüdlü Məhəmməd Cəfərzadədir. 

"Dinamo" klubunun prezidenti Yaşar Seyidov sportal.az saytına açıqlamasında onun böyük perspektiv vəd etdiyini deyib:

"Məhəmməd həm stoper, həm də cinah müdafiəçisi mövqeyində çıxış edə bilir. Onun barəsində tam əminlinliklə deyirəm ki, bizdə gələcəkdə Bəhlul Mustafazadədən daha yüksək səviyyədə olacaq futbolçu yetişir".

Qeyd edək ki, hal-hazırda "Dinamo"da 19 və daha aşağı yaşda 14 futbolçu çıxış edir. 

Xəbər xətti