"Turan Tovuz"un yeni inşa olunmuş əsas korpus binasının açılışı oldu - FOTOLAR

17:14 - 28 Mart 2025

Martın 28-də  Tovuz şəhər stadionunda yeni inşa olunmuş əsas korpus binasının açılış mərasimi keçirilib.

Sportal.az xəbər verir ki, mərasimdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, PFL-in texniki-idman direktoru Elgiz Abbasov, FİF-in icraçı direktoru Tural Piriyev, “Turan Tovuz” PFK-nın idarə heyətinin sədri Ehtiram Quliyev və idarə heyəti üzvləri, futbol ictimaiyyəti və media nümayəndələri iştirak ediblər. 

Qeyd edək ki, “Turan Tovuz” PFK-nın baş sponsoru “Huner Group”un maliyyə vəsaiti hesabına tikilən binanın təməli 2023-cü ilin iyul ayında atılıb. Binanın ümumi ərazisi 3 min kvadrat metrdən çoxdur. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət bina 30 otaqdan ibarətdir. Fitnes zalı, toplantı, həkim  və fizioterapiya otaqları ilə yanaşı məşqçilər, həkimlər və inzibati işçilər üçün ayrıca otaqlar ayrılıb. Burada futbolçuların asudə vaxtlarını maraqlı keçirmələri üçün stolüstü tenis, bilyard, video oyun avadanlıqları ilə təmin olunmuş böyük istirahət guşəsi yaradılıb. Yeni  binanın istifadəyə verilməsi ilə birlikdə 24 otaqdan ibarət olan 2 korpuslu akademiya binası bütövlükdə “Turan Tovuz” Futbol Akademiyasının ixtiyarına veriləcək.

Xəbər xətti