İspaniyanın "Real" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, "kral klubu"nun əsas hədəfi "Bornmut"da çıxış edən Din Hyöysendir. Bu barədə "Cadena SER" məlumat yayıb.
"Real" ispan futbolçunu yayda heyətinə qatmağa çalışacaq. Madrid klubu qarşı tərəfə 19 yaşlı mərkəz müdafiəçisi üçün müəyyən məbləğdə təzminat, Arda Güler və Endrikdən birini icarəyə verməyə hazırdır.
Qeyd edək ki, "Bornmut" Din Hyöyseni mövsümün əvvəlində"Yuventus"dan transfer edib. İspaniya millisinin üzvü olan gənc oyunçu Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi