Litva - Azərbaycan matçını avstriyalı hakim idarə edəcək

15:18 - 1 Aprel 2025

Litva və Azərbaycanın qadınlardan ibarət millilərin Millətlər Liqasının C4 qrupunun qarşıdan gələn oyununu idarə edəcək hakimlər açıqlanıb.

Sportal.az xəbər verir ki, matçın baş hakimi Marina Aufşnayterdir.

Ona laynsmenlər Bilyana İskin və Linda Time kömək edəcək. Dördüncü hakim funksiyasını isə Lena Hirtl yerinə yetirəcək.

Hakimlər briqadası Avstriyanı təmsil edir.

Litva- Azərbaycan oyunu aprelin 4-də LFF-nin stadionunda keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.

Xəbər xətti