"Atletiko" "Mançester Yunayted"ə 75 milyon avro təklif edəcək

19:12 - 8 Aprel 2025

İcarə əsasında formasını geyindiyi "Betis"də uğurlu performans nümayiş etdirən Antoni İspaniyada qala bilər.

Sportal.az xəbər verir ki, "Atletiko" braziliyalı vingeri transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Madrid klubu Antoninin müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"lə danışıqlara başlamağa hazırlaşır. "Atletiko" 26 yaşlı ön xətt oyunçusu üçün "qırmızı şeytanlar"a 45 milyon avro təzminat və 30 milyon avro bonuslar təklif edəcək.

Qeyd edək ki, "Mançester Yunayted" Antonini "Betis"ə bu ilin yanvar ayında icarəyə verib. Braziliya millisinin üzvü La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti