"Barselona"nın müdafiəçisi Alexandro Balde zədə səbəbindən iki həftə meydana çıxmayacaq.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu La Liqanın 31-ci turunda "Leqanes"lə oyunda (1:0) zədələnib.
Futbolçu bud nahiyəsindən zədə alıb.
Hazırda müalicə olunan Balde iki həftədən sonra kollektivə qoşulacaq.
saytlarin hazirlanmasi