"Real" İspaniya millisinin üzvü ilə müqavilə imzaladı

19:50 - 14 Aprel 2025

İspaniyanın "Real" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi Daniel Yanesin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspan vingerlə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Daniel Yanes "Real"ın yetirməsidir. İspaniya U-18 millisinin üzvü olan 18 yaşlı futbolçu Madrid təmsilçisinin əsas komandasının heyətində La Liqada 1 matçda iştirak edib.

Xəbər xətti