"Sabah" "Səbail"i, "Qarabağ" "Neftçi"ni məğlub etdi - YENİLƏNİB

21:51 - 19 Aprel 2025

Misli Premyer Liqasında 31-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

Günün ilk matça "Sabah" və "Səbail" arasında keçirilib. Oyun ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu gün Azərbaycan derbisi də olub. "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Neftçi" ilə üz-üzə gəlib. Burada da meydan sahibləri qələbəyə sevinib.

Misli Premyer Liqası

19 aprel (şənbə)
“Sabah” – “Səbail” 3:2
Qollar:
Sofian Çakla 31 Dmitro Litvin, 82 (avtoqol), Coy Lens Mikels, 90+3 - İnnosent Nşuti 22, Süleyman Aluş, 74
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov
VAR: Rəşad Əhmədov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bank Respublika Arena”, 17:30

“Qarabağ” “Neftçi” 3:0
Qol:
Abdullah Zubir, 22, Yassin Benzia, 40 (pen), Nəriman Axundzadə, 41
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Kamal Umudlu
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00

Xəbər xətti