Futbol üzrə Azərbaycan 1-ci Liqasında 22-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, "Karvan" səfərdə MOİK-lə qarşılaşıb. 1:1 hesabı ilə yekunlaşan matçda meydan sahiblərinin futbolçusu İbrahim Əliyev möhtəşəm qolla yadda qalıb.
Qeyd edək ki, bu turdan sonra MOİK 26 xalla 5-ci, "Karvan" isə 40 xalla 3-cü pillədə qərarlaşıb.
MOİK - "Karvan" 1:1
Qollar: İ.Əliyev, 28 - E.Morgan, 83