"Real"ın hücumçusu Vinisius Junior komandasının Çempionlar Liqasından kənar qalmasını şərh edib.
Sportal.az xəbər verir ki, Braziliyalı futbolçu sosial şəbəkələrdə bunları yazıb:
"Real" həmişə geri qayıdır. Hər zamankı kimi dəstəyə görə təşəkkür edirəm. Mövsümün sonuna qədər birlikdə qalmalıyıq. Hələ də qazana biləcəyimiz titullar var. Bu komanda ilə ölüme qədər. İrəli, Madrid! "Arsenal"ı təbrik edirəm və onlara uğurlar arzulayıram".
Çempionlar Liqasının yarımfinalında "Arsenal" PSJ ilə qarşılaşacaq, digər cütdə isə finala çıxmaq uğrunda "Barselona" və "İnter" mübarizə aparacaq.
saytlarin hazirlanmasi